Blinken və Çavuşoğlu arasında kritik Qarabağ müzakirəsi

22 Sentyabr 2021 18:17 (UTC+04:00)

ABŞ Dövlət katibi Entoni Blinken Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Əfqanıstan və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü açıqlama verib.

Dövlət Departamentinin sözçüsü ABŞ və Türkiyə xarici işlər nazirləri arasındakı görüşün təxminən bir saat davam etdiyini qeyd edib.

“Əlbəttə, Əfqanıstandakı vəziyyəti ətraflı müzakirə etdilər. Suriyadan da danışdılar. Bundan başqa Qafqaz, Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ haqqında uzun söhbət etdilər”, - deyə sözçü vurğulayıb.