"Bu sualların cavabını versin" - Ərdoğandan ABŞ-a çağırış

22 Sentyabr 2021 19:01 (UTC+04:00)

ABŞ əfqan miqrantlarla bağlı daha çox şey etməlidir. ABŞ niyə 20 ildir Əfqanıstandadır?! Əvvəlcə özü üçün bu sualların cavabını verməlidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın CBS telekanalına müsahibəsində deyib.

Əfqan miqrantların məsuliyyətinə dair sualı cavablandıran Türkiyə prezidenti qeyd edib ki, hazırda ABŞ öhdəliklərini yerinə yetirmir: "Bizim ölkəmizdə hazırda qeydiyyatdankənar 300 mindən artıq əfqan miqrant var. Türkiyənin daha çox əqfan miqrant qəbul etməyə gücü çatmaz".