Cəlilabad və Zaqatalada fərdi evdə yanğın

22 Sentyabr 2021 22:34 (UTC+04:00)

Cəlilabad və Zaqatalada fərdi ev yanıb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Cəlilabad rayonunun Çünəxanlı kəndində ümumi sahəsi 144 m² olan kürsülü birmərtəbəli evin (çiy kərpic və taxta konstruksiyalardan ibarət) yanar konstruksiyaları yanıb.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Zaqatala rayonunun Yuxarı Tala kəndində ümumi sahəsi 100 m² olan kürsülü birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.