Azərbaycana qarşı müzakirə: İran və Ermənistanın baş diplomatları görüşdü

24 Sentyabr 2021 17:46 (UTC+04:00)

Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyasına qatılan Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 23-də iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə bu gün Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, həmsöhbətlər İrandan Ermənistana nəqliyyat tranziti problemləri və bunların aradan qaldırılması yollarını müzakirə ediblər.

Mirzoyan Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsindəki vəziyyət, alternativ yolun tikintisi prosesi, eləcə də Şimal-Cənub magistral yolundakı işləri barədə məlumat verib.