Daşkəsəndə itkin düşən şəxslər minaya düşübmüş

24 Sentyabr 2021 19:06 (UTC+04:00)

Daşkəsən rayonunda bir neçə ay öncə itkin düşənlərin meyitləri aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsi və ANAMA əməkdaşlarının birgə keçirdikləri axtarış tədbirləri nəticəsində iyulun 30-da itkin düşmüş Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri, 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş meyitləri Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə tapılıb.

Artıq onların nəşi həmin ərazidən çıxarılaraq ekspertizaya təqdim edilib.