“Vüqar Həşimov” komandası bürünc medal qazandı

25 Sentyabr 2021 00:14 (UTC+04:00)

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışında Azərbaycan komandası bürünc medal qazanıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycanı təmsil edən “Vüqar Həşimov” komandası 7-ci turda turnirin favoriti Makedoniyanın “Alkaloid” komandasını məğlub edib. Xalların sayını 11-ə çatdıran komandamız 3-cü yeri tutub.

Xatırladaq ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.