Saat 12:00-da bütün yollarda hərəkət dayandırılacaq

27 Sentyabr 2021 09:23 (UTC+04:00)

27 sentyabr – Anım Günü ilə əlaqədar ölkə ərazisində Vətən Müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi üçün saat 12:00-da bütün nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti dayandırılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) məlumat yayıb.