“Ərdoğanın açıqlamaları bizə çox böyük siyasi dəstək oldu”

27 Sentyabr 2021 10:29 (UTC+04:00)

“44 gün ərzində bizə ən böyük dəstək verən Türkiyəyə təşəkkür etmək istəyirəm”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib ki, Türkiyə müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldu: “Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu. Bütün dünya müharibədə Türkiyə-Azərbaycan birliyini bir daha gördü. Bilirəm ki, xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının ürəyi tarixi vətəni ilə bir döyünürdü”.