Birincilər şəhidlərimizi andı - Video

27 Sentyabr 2021 17:55 (UTC+04:00)

27 sentyabr – Vətən Müharibəsi Şəhidlərini Anım Günündə 1-ci sinif şagirdləri şəhid məzarını ziyarət ediblər.

Teleqraf.com xəbər verir ki, Abşeron rayon Məmmədli kənd orta məktəbin 1 ı sinif şagirdləri Vətən Müharibəsi Şəhidi Ülvi Rəhimovu anıblar. Birincilər şəhidin məzarı önünə gül-çiçək dəstələri qoyub, onun əbədi xatirəsini yad ediblər.

Müəllimlər birincilərə Vətən Müharibəsində igidlik dastanı yazan Ülvi Rəhimov, eləcə də digər şəhidlərimiz haqqında danışıb, onların xatirəsini daim uca tutmağı tövsiyə ediblər. Şagirdlər isə öz növbəsində uğrunda minlərlə şəhid verdiyimiz Vətənimizə layiq övladlar olacaqlarını bildiriblər.