Ərdoğan Anım günü ilə bağlı paylaşım etdi

27 Sentyabr 2021 18:44 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 sentyabr Anım Günü ilə əlaqədar tviter hesabında paylaşım edib.

Teleqraf.com-un xəbərinə görə, paylaşımda deyilir:

"Qarabağı və işğal altındakı Azərbaycan torpaqlarını azadlığına qovuşduran şanlı mübarizənin ildönümündə bütün şəhidlərimizi rəhmətlə yad edirəm. Qarabağ Azərbaycandır”.