İslamabad Azərbaycan bayrağı ilə işıqlandırıldı - Foto

28 Sentyabr 2021 00:42 (UTC+04:00)

Pakistan İslam Respublikasının paytaxtı İslamabadın rəmzi sayılan Pakistan Abidəsi (Pakistan Monument) 27 Sentyabr - Anım Günü ilə əlaqədar xüsusi dizaynla işıqlandırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Pakistandakı səfirliyi məlumat yayıb.

İşıqlandırma prosesində Azərbaycanın dövlət bayrağı təsvir olunub.