Ağdamda ərzaq mağazası yandı

2 Oktyabr 2021 09:16 (UTC+04:00)

Ağdam rayonunun Quzanlı qəsəbəsində yanğın olub.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 110 m² olan birmərtəbəli ərzaq mağazasının yanar konstruksiyaları yanıb. Bitişik avtomobil təmiri sexi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.