Hakim ölümdən döndü – VİDEO

12 Noyabr 2014 11:43 (UTC+04:00)

Argentinada futbol çempionatında “Lanus” – “Arsenal” oyununda təhlükəli anlar yaşanıb.

Teleqraf.com xəbər verir ki, 2:2 hesabı ilə başa çatan oyunun əsas vaxtına artırılan 9-cu dəqiqədə vurulan qol hakimin həyatı üçün təhlükə yaradıb. Belə ki, qolun hesaba alınmamasını tələb edən “Arsenal”ın bəzi oyunçuları və məşqçiləri hakimə hücum edib. Hakim “Lanus” klubunun heyətinin köməyi ilə meydanı tərk edib.

Samir