Fələstin-İsrail arasında dialoq başlandı: İlk görüş baş tutdu

4 Oktyabr 2021 12:50 (UTC+04:00)

Fələstin dövlət başçısı Mahmud Abbas İsrailin Səhiyyə naziri Nitzan Horovitz və regional əməkdaşlıq naziri İssavi Frejimin təmsil olunduğu İsrail nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Mahmud Abbas Şərqi İsrail heyətini Ramallahdakı sarayında qəbul edib.

Fələstin lideri İsrailin işğala və yəhudi şirkətlərinin fələstinlilərin ərazisində apardığı inşaat işlərinə son qoymağa, beynəlxalq süverenlik qərarları çərçivəsində addım atmağa və əhatəli sülhün əldə edilməsinin vacibliyinə diqqət çəkib.

Abbaş fələstinlilərin Qüdsdəki evlərinin dağıdılması və buradan çıxarılmasına son verilməsi, İsrail həbsxanalarındakı fələstinli məhkumlarla bağlı gərginliyi artıran siyasət barəsində də xəbərdarlıq edib.

İsrail baş naziri Naftali Bennettin koalisiya hökumətində təmsil olunan Meretz partiya üzvlərindən ibarət olan heyəti adından çıxış edərək işğala son verilməsi və ikidövlətli həll mexanizmini dəstəklədiyini, etimad birlik üçün birgə əməkdaşlığın vacibliyini önə çəkib.

Solçu yanaşmaları ilə diqqət çəkən Meretz Partiyası paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulmasını dəstəkləyən və yəhudilərin yerləşdirilməsi üçün inşaat işlərinə qarşı çıxan mövqeyi ilə seçilir.

Qeyd edək ki, Mahmud Abbas bundan əvvəl avqustun 29-da İsrail müdafiə naziri Benny Qantz ilə Ramallahda görüşmüşdü. Sonradan bəyan olunmuşdu ki, görüşdə Fələstin-İsrail əlaqələri müzakirə edilib və münasibətlərin bütün istiqamətləri masaya çıxarılıb.

Avqustun 12-də isə İsrail Prezidenti İsaak Herzoq Fələstin dövlət başçısı Mahmud Abbasa iki tərəf arasında dialoqun yenidən başladılması niyyətində olduğunu çatdırıb.