Ramanada ustanı cərəyan vurub öldürdü

11 Oktyabr 2021 11:10 (UTC+04:00)

Ramanada ustanı cərəyan vurub öldürüb.

Sabunçu rayon prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, oktyabrın 10-u saat 18 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən dəmirdüzəltmə sexində usta işləyən 1992-ci il təvəllüdlü Mahir Səmədzadənin iş yerində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır.