Azərbaycanlı gənc jurnalist İstanbulda vəfat etdi

11 Oktyabr 2021 14:07 (UTC+04:00)

Azərbaycanlı gənc jurnalist Nurlan Ağa (Salamov) dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat yayıb.

Koronavirusa yoluxan 25 yaşlı Nurlan Ağa İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, o, Ərzurum Atatürk Universitetində doktorantura təhsili alırmış.