Arif Babayev bir həftə sonra evə buraxılacaq - Oğlu danışdı

13 Oktyabr 2021 11:03 (UTC+04:00)

Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilən Xalq artisti Arif Babayevin oğlu atasının səhhətinin yaxşılaşdığını deyib.

Xalq artistinin oğlu Yaşar Babayev Teleqraf.com-a açıqlamasında yaxında sənətkarın evə buraxılacağını bildirib.

"Atamın səhhəti yaxşıdır. Müalicə yaxşı davam etsə, bir həftədən sonra xəstəxanadan evə buraxılacaq", - o söyləyib.

Qeyd edək ki, Arif Babayev ötən ilin sentyabrında insult keçirib. Bir müddət əvvəl Türkiyədə müalicə olub, onun 83 yaşı var.