Putinlə görüşən Paşinyana böyük şok: Ərdoğanın təklifi reallaşır

13 Oktyabr 2021 12:05 (UTC+04:00)

“Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasındakı söhbətin əsas mövzusu üçtərəfli iki bəyanatın həyata keçirilməsi, sərhədlərin demarkasiyası və delimitasiyası məsələləri, eləcə də Türkiyənin təklif etdiyi “3+3” formatı idi”.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Yervand Bozoyan deyib.

Ekspert bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2008-ci ildə oxşar təşəbbüslə (“3+3” formatı) çıxış edib və o vaxt bu “Qafqaz Platforması” adlandırılıb. Onun sözlərinə görə, Rusiya tərəfi o zaman bu mövzuda passiv mövqe tutub və uzun müddət müzakirə edilməyib.

“Amma Qarabağ müharibəsindən sonra Cənubi Qafqazdakı qüvvələrin geosiyasi konfiqurasiyası dəyişib, Avropa Birliyi və ABŞ-ın bölgədəki rolu azalıb, Türkiyənin rolu artıb. Bütün bunları nəzərə alaraq, Rusiyanın da mövqeyi dəyişə bilər”, - politoloq qeyd edib.