Quru Qoşunlarının komandanı Türkiyəyə getdi

13 Oktyabr 2021 16:32 (UTC+04:00)

Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Musa Avseverin dəvəti ilə Türkiyəyə yola düşüb.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

General Ə.Əfəndiyev İstanbulda keçirilən "Avrasiya sülhü - 2021" təliminin oktyabrın 14-də “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edəcək.