Peyvənd olunanların sayı açıqlandı

13 Oktyabr 2021 18:25 (UTC+04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 394 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 475, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 919 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 073 493, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 916 894, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 156 599 təşkil edir.