"Əfqanıstandakı hadisələrin Cənubi Qafqaza təsir edəcəyini yaxşı bilirik" - Putin

13 Oktyabr 2021 22:27 (UTC+04:00)

"Əfqanıstanda baş verən son hadisələrin Cənubi Qafqazdakı vəziyyətə təsir edə biləcəyini yaxşı bilirik".

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərləri ilə görüşündə deyib.

"MDB ölkələrinin kəşfiyyat xidmətlərinin vəzifələrindən biri Əfqanıstan ərazisindən potensial təhlükələri zərərsizləşdirməkdir. Bu ölkədə baş verən hadisələrin Mərkəzi Asiya, Cənubi Qafqaz və digər bölgələrdəki vəziyyətə nə qədər ciddi təsir göstərə biləcəyini çox yaxşı anlayırıq", - Putin vurğulayıb.

Xatırladaq ki, bu gün MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin kəşfiyyat fəaliyyəti ilə bağlı konfransı keçirilib. Onlayn tədbirə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyəti qatılıb.