ABŞ-dan açıqlama: Bəşər Əsəd üçün yeni şərtlər…

14 Oktyabr 2021 09:58 (UTC+04:00)

“Suriyadakı böhranın siyasi həll prosesində müsbət irəliləyiş əldə edilmədən Bəşər Əsəd rejimi ilə münasibətləri normallaşdırmaq səylərini dəstəkləmək niyyətimiz yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

Bir çox ərəb ölkəsinin son vaxtlar Əsədlə münasibətləri normallaşdırmağa çalışdığı sualını cavablandıran Blinken Co Bayden administrasiyasının Suriyadakı əsas məqsədinin ehtiyacı olan insanlara humanitar yardım çatdırmaq və münaqişələri mümkün qədər azaltmaq olduğunu iddia edib.

Dövlət katibi bildirib ki, siyasi həll prosesində geridönməz nöqtəyə doğru irəliləyiş əldə edildikdən sonra Bəşər Əsədlə münasibətləri normallaşdırmaq haqda düşünmək olar.: “Bu əldə edilmədən sanksiyaların ləğv edilməsi və digər addımların atılması mümkün deyil”.