Daha bir marşrutun hərəkət sxeminə dəyişiklik edildi

14 Oktyabr 2021 10:31 (UTC+04:00)

101 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə Teleqraf.com-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Dəyişikliyə səbəb Türkan qəsəbə sakinlərinin Mərdəkan qəsəbəsi istiqamətində birbaşa gediş-gəlişinin təmin edilməsi, eyni zamanda Qala dəmiryolu stansiyası – Mərdəkan qəsəbəsinə müntəzəm marşrutun fəaliyyət göstərməməsidir.

Bu gündən marşrut xəttinin hərəkət sxemi dəyişdirilərək son dayanacaq məntəqəsi Mərdəkan qəsəbəsi (stansiya) müəyyən edilib.