Bakıda 14 yaşlı qız özünü 9-cu mərtəbədən atdı

15 Oktyabr 2021 00:39 (UTC+04:00)

Bakıda yeniyetmə intihara cəhd edib.

Teleqraf.com xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Müşfiqabad qəsəbəsində 14 yaşlı A.Eyvazova özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. O, təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı A.Eyvazovaya bədənin çoxsaylı sınıqları, müştərək və açıq-kəllə beyin travması diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Onda komatik vəziyyət müşahidə olunur.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.