Türkiyədə ağır qəza: Avtobus dərəyə yuvarlandı

16 Oktyabr 2021 17:16 (UTC+04:00)

Türkiyədə dəhşətli qəza baş verib.

Teleqraf.com xəbər verir ki, avtobus aşaraq 150 metrlik dərəyə yuvarlanıb.

Hadisə Samsunun Kavak qəsəbəsində baş verib.

İlkin məlumatlara görə, 2 sərnişin vəfat edib, 15 sərnişin müxtəlif dərəcəli xəsarət alıb. Yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.