Qətərin Baş nazirinin müavini və xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlir

17 Oktyabr 2021 21:58 (UTC+04:00)

Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Taninin ölkəmizə rəsmi səfər edəcək.

Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində Xarici İşlər Nazirliyində Azərbaycan və Qətər xarici işlər nazirlərinin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.