Yol qəzalarında ölən kişi və qadınların sayı - Açıqlandı

18 Oktyabr 2021 09:48 (UTC+04:00)

Azərbaycanda cari ilin 9 ayı ərzində yol qəzalarında həlak olan kişi və qadınların sayı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Teleqraf.com-a bildirilib ki, yol-nəqliyyat hadisələrin növləri içərisində toqquşma (395), aşma (113), maneəni vurma (110) halları da üstünlük təşkil edir.

Yol qəzalarında həlak olan 504 nəfərdən (onlardan: 16 yaşına qədər qədər 39 nəfər, qadınlar 102 nəfər) 230-u piyada, 133-ü sürücü, 121-i sərnişin, 17-i velosipedçi, 3-ü isə digər hərəkət iştirakçılarıdır.