Bu ölkə də Azərbaycanla viza tələbini aradan qaldırdı

18 Oktyabr 2021 11:35 (UTC+04:00)

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş imzalanıb.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətərin Baş nazir müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə keçirilən mətbuat konfransında bildirib.

Sazişi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qətərin xarici işlər naziri imzalayıb.