Aygün Kazımova qızını döyüb? - Özü açıqladı

18 Oktyabr 2021 15:20 (UTC+04:00)

Xalq artisti Aygün Kazımova "Xəzər Mərkəzi" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Aygün Kazımova küsülü olduğu həmkarı Rəhim Rəhimli ilə barışıb.

O, həmkarı ilə münasibəti haqda açıqlama verib: "Dost arasında belə hallar olur. Həm də nəyin üstündə küsməyim yadımdan çıxıb. Münasibətlərimizdə fırtına olmayıb".

İfaçı "Şəxsi həyatda dəyişiklik etmək istəyirsinizmi? sualını "Düşünməklə deyil, bu da layihə deyil ki...", - deyə cavablandırıb.

Xalq artisti banka kredit ödənişi olduğunu da etiraf edib.

Aygün Kazımova "Qızınızı döymək yerinə dizinizi döymüsünüz?" sualına isə belə cavab verib: "Əlbəttə ki, çox döymüşəm".