Ermənistanın müharibə itkilərinin sayı artdı – Cəsəd Şuşada təhvil verildi

19 Oktyabr 2021 11:50 (UTC+04:00)

Dünən Şuşada aparılan danışıqlar nəticəsində Azərbaycan daha bir hərbçinin cəsədini Ermənistan tərəfinə təhvil verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan tərəfi məlumat yayıb.

Ölən şəxsin kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən ediləcək.

Qeyd edək ki, ötən il noyabrın 13-dən bu günə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan axtarış işləri nəticəsində 1686 erməni hərbçinin cəsədi tapılıb.