Sahibkarlara çox güzəştli kredit verildi - Mikayıl Cabbarov

19 Oktyabr 2021 11:42 (UTC+04:00)

Sahibkarlara dəstək çərçivəsində bu ilin 9 ayında 1.152 investisiya layihəsinin maliyyələşdirilməsinə 60,9 milyon manat güzəştli kredit verilib.

Teleqraf.com-un məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, bu kreditlərdən yararlanmaqla investisiya layihələrinın reallaşdırılması 1.800-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.