Zəfərin xronologiyası: Dörd rayonun 13 kəndi işğaldan azad olundu

23 Oktyabr 2021 08:53 (UTC+04:00)

Bu gün - oktyabrın 23-ü Xocavənd rayonunun 2, Cəbrayıl rayonunun 5, Zəngilan rayonunun 2, Qubadlı rayonunun 4 kəndinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümüdür.

Teleqraf.com İkinci Qarabağ müharibəsinin xronologiyasını təqdim edir.

Ötən ilin bu günü - 23 oktyabr Prezident İlham Əliyev özünün “Tvitter” səhifəsində paylaşım edir: “Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli və Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı, Alaqurşaq kəndləri işğaldan tam azad edildi. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin verdiyi məlumata görə oktyabrın 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli, Hadrut, Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.