Azərbaycana iki minaaxtaran it gətirildi

22 Oktyabr 2021 17:31 (UTC+04:00)

Bosniya və Herseqovinada Minaaxtaran İt Mərkəzində xüsusi təlim keçmiş iki minaaxtaran it Azərbaycana gətirilib.

Bu barədə Teleqraf.com-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, “Bak” və “Elma” adlı itlər artıq Azərbaycana çatıb.