Putinlə Naftali Bennetinin görüşü beş saatdan çox çəkdi

22 Oktyabr 2021 17:40 (UTC+04:00)

Soçidə Rusiya Prezidenti Vladimir Putinlə İsrailin Baş naziri Naftali Bennet arasında keçirilən görüş başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, V.Putinlə N.Bennetin danışıqları beş saatdan artıq davam edib: “Görüş müsbət aurada baş tutub. Prezident və Baş nazir ikitərəfli əlaqələri müzakirə ediblər”.