Azərbaycanda radikal dini saytlar bağlandı - Siyahı

23 Oktyabr 2021 11:00 (UTC+04:00)

“Azərbaycanda bir sıra radikal dini saytlar bağlanıb”.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalist Elçin Alıoğlu məlumat verib.

O bildirib ki, ayrı-ayrı ölkələrin dini-siyasi təbliğatını apardıqları üçün fəaliyyətlərinə son qoyulan saytlar bunlardır:

Deyerler.az, maide az, ahlibeyt.az, ehlibet.info, shia.az, islaminsesi.org.

Elçin Alıoğlu qeyd edib ki, bu saytlarladan əlavə Azərbaycanda Yutub kanallarında yayımlanan və kənar qüvvələrin idealogiyasını aşılayan dini seriallar da bloklanıb.