Bu il baş verən təbii hadisələrdə 2 nəfər ölüb

23 Oktyabr 2021 10:18 (UTC+04:00)

Bu ilin 9 ayı ərzində respublika ərazisində 140 təbii mənşəli hadisə qeydə alınıb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, baş verən hadisələr nəticəsində 2 nəfər həlak olub, 1 nəfər isə xəsarət alıb. ​

Məlumatda qeyd edilir ki, ötən ilin müvafiq dövründə ölkə ərazisində 128 təbii mənşəli hadisə baş verib ki, nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.