Rusiyada yeni ölüm antirekordu qeydə alındı – Ardıcıl üç gündür ki...

23 Oktyabr 2021 21:57 (UTC+04:00)

Rusiyada sutka ərzində 1075 nəfər COVID-19-dan ölüb, bu da ölkədə yeni bir antirekorddur.

Teleqraf.com xəbər verir ki, dünən koronavirusdan 1064 xəstə ölmüşdü.

Rusiyada COVID-19-dan ölənlərin ümumi sayı 229 528 nəfərdir.

Qeyd edək ki, ardıcıl üç gündür Rusiyada COVID-19-dan ölənlərin sayında antirekord qeydə alınır.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxışı zamanı pandemiya ilə əlaqədar dünyada ölüm nisbətini şərh etmişdi.