Rusiya və Ermənistan Zəngəzurda hərbi təlim keçirdi

23 Oktyabr 2021 15:48 (UTC+04:00)

Ermənistanın Sünik (Zəngəzur) rayonundakı poliqonlardan birində Ermənistan-Rusiya birləşmiş qüvvələrinin taktiki təlimləri keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə birləşmiş qüvvələrin komandanlığı məlumat yayıb.

Motoatıcı, tank, artilleriya və piyada bölmələri şərti düşmənin hücumunu dəf etmək üçün manevrlər reallaşdırıb.

Təlimlərdə əsas vəzifələrdən birinin iki ölkənin Silahlı Qüvvələrinin addımlarının əlaqələndirilməsi olduğu bildirilib.