Azərbaycanda 2 315 nəfər koronavirusa yoluxub, 22 nəfər ölüb

23 Oktyabr 2021 17:49 (UTC+04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 315 yeni yoluxma faktı qeydə alınıb, 981 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.