Peyvənd olunanların sayı açıqlandı

23 Oktyabr 2021 18:13 (UTC+04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 186 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 647, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 539 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 353 744, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 043 147, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 310 597 təşkil edir.