Aİ Əfqanıstanla bağlı qərar verəcək

24 Oktyabr 2021 20:53 (UTC+04:00)

Avropa Xarici Fəaliyyət Xidməti bir ay ərzində Əfqanıstandakı diplomatik nümayəndəliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə son qərar təhlükəsizliklə bağlı məsələrdən irəli gələrək qəbul olunacaq.

Sentyabr ayında Avropa İttifaqı nümayəndə heyəti Əfqanıstana səfər edərək oradakı real vəziyyəti qiymətləndirib.

Avropa İttifaqı Kabildəki nümayəndəliyinin fəaliyyətini bərpa etməkdə maraqlıdı. Çünki bu humanitar yardımı, o cümlədən təxliyyəni daha effektiv həyata keçirməyə imkan verəcək.

Hazırda yaranan çətinlik nümayəndəliyin inzibati binasının kim tərəfindən mühafizə olunması ilə bağlıdı.