XİN-dən Qubadlı ilə bağlı paylaşım

25 Oktyabr 2021 00:21 (UTC+04:00)

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi özünün Tvitterdəki səhifəsində Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, paylaşımda deyilir:

“25 oktyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu Qubadlı şəhərində üçrəngli bayrağımızı ucaltdı”.