Ermənistan parlamentinin sədrini Kiprdə təhqir etdilər - Video

25 Oktyabr 2021 08:08 (UTC+04:00)

Ermənistan parlamentinin sədri Alen Simonyan Kiprdə öz həmvətənləri tərəfindən təhqir olunub.

Teleqraf.com xəbər verir ki, ermənilər Simonyana qarşı "satqınlar", "ermənilərin qatilləri" şüarları ilə etiraz aksiyası keçiriblər.

Aksiyada Ermənistanın Baş naziri Nikol Paşinyan əleyhinə plakatlar da nümayiş olunub.