Bərdədə karantin qaydalarının pozulduğu toylar aşkarlandı

31 Oktyabr 2021 09:57 (UTC+04:00)

Bərdə rayon polis şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisləri müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Yoxlamalar zamanı rayonun Zümürxan və İmamqulubəyli kəndlərində yerləşən fərdi yaşayış evlərində keçirilən toy məclislərində “COVID-19” pasportu olmayan şəxslər aşkar edilib.

Aşkar edilən qayda pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.