Qazaxda toy sahibləri məsuliyyətə cəlb olundu

31 Oktyabr 2021 12:10 (UTC+04:00)

Qazax rayon polis şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Qazaxbəyli, Yuxarı Salahlı və Daş Salahlı kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Araşdırmalar zamanı məlum olub ki, ev sahibləri 150 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil ediblər.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.