59 yaşını qeyd edən Mələkxanım: "Bir gün sonra ailəmlə..."

5 Noyabr 2021 15:47 (UTC+04:00)

Bu gün xalq artisti Mələkxanım Əyyubovanın ad günüdür.

59 yaşını qeyd edən Məlkəxanım Əyyubova Teleqraf.com-a ad günü təəssüratlarını bölüşüb:

"Qürurlanıram ki, ad günüm Zəfər Günü ərəfəsinə düşür. Bir sənətçi, xalqımın vətəndaşı və vətənini sevən qızı kimi bundan fərəh duyuram. Hər zaman dövlətimin və xalqımın yanında olmuşam. Dövlətim və xalqım da mənim yanımda olub.

Allah nəsib etdi, Şuşaya da getdik. Sonuncu dəfə Şuşada İsa bulağında konsert də vermişdik".

Xalq artisti ad gününü tədbirlərdə qeyd edəcəyini vurğulayıb: "Bu gün tədbirlər keçirilir. Yəqin ki, ad günümü ailəmlə birisi gün qeyd edəcəm".