Adı 2 milyardlıq dələduzluqda çəkilən şəxs ABŞ-a təhvil verilir

11 Noyabr 2021 13:20 (UTC+04:00)

Adı 2 milyard dollar korrupsiyada hallanan Manuel Canq dələduzluq və çirkli pulların yuyulmasına görə ABŞ-a veriləcək.

Teleqraf.com xəbər verir ki, Mozambikdə korrupsiya ilə məşğul olan Manuel ABŞ-ın tələbi ilə 2018-ci ildə Cənubi Afrikada saxlanılıb və o zamandan Qautenq əyalətindəki Mudderbe həbsxanasında saxlanılır.

Qeyd edək ki, Cənubi Afrika Respublikası hökuməti avqustda Manuel Canqı öz ölkəsinə - Mozambikə ekstradisiya etmək haqda qərar vermişdi. Amma Mozambikin vətəndaş cəmiyyəti təşkilatı - Büdcə Müşahidə Forumunun məsələni məhkəmə daşımasından sonra bu qərarın icrası dayandırılmışdı.

Canqın onlara verilməsini istəyən Maputo hökuməti dələduzun ABŞ-a verilməsi haqda qərara səssiz qalıb.