Türkiyəli məşhur aktyor vəfat etdi

12 Noyabr 2021 00:26 (UTC+04:00)

Türkiyəli məşhur aktyor vəfat edib.

Teleqraf.com xəbər verir ki, Türkiyənin tanınmış aktyoru Yunus Günər 49 yaşında evində ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Y. Günər bir çox filmlərdə, o cümlədən məşhur “Dodaqdan qəlbə” serialında "Namiq" rolunda çıxış edib.