Bakıda Beynəlxalq Nizami Gəncəvi Forumu keçiriləcək

19 Noyabr 2021 14:15 (UTC+04:00)

Noyabrın 24-26-da Bakıda Nizami həftəsi çərçivəsində Beynəlxalq Nizami Gəncəvi Forumu keçiriləcək.

Teleqraf.com-un xəbərinə görə, forum Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nizami Gəncəvi həftəsi çərçivəsində baş tutacaq.

Mövzüsü “Nizami Gəncəvi mədəniyyətlərarası körpü” olan tədbirdə xarici qonaqların iştirakı nəzərdə tutulub.