"Qəbələ" "Sumqayıt"la üz-üzə

21 Noyabr 2021 08:46 (UTC+04:00)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulacaq.

Teleqraf.com-un məlumatına görə, turun son oyunu Qəbələdə eyniadlı komanda ilə "Sumqayıt" arasında olacaq. Hazırda əyalət klubu 18 xalla 3-cü, "gənclik şəhəri" təmsilçisi isə 11 xalla 6-cı pillədə qərarlaşıb.

Komandalar indiyədək ölkə çempionatında 36 dəfə üz-üzə gəliblər. Bunların 20-də meydan sahibləri, 5-də qonaqlar qələbə qazanıb. 11 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də "qırmızı-qaralar"ın böyük üstünlüyü var - 56:27.

“Sumqayıt” son 4 matçdan yalnız birində qol vurub. “Qəbələ” isə son 3 ev oyununda uduzmayıb.

Qeyd edək ki, turun açılış matçında "Qarabağ" evdə "Keşlə"yə minimal hesabla qalib gəlib - 1:0. Ötən gün oynanılmış qarşılaşmalarda isə "Zirə" doğma meydanda "Səbail"i 3:1, "Sabah" isə səfərdə "Neftçi"ni 2:1 hesabı ilə üstələyib.

Azərbaycan Premyer Liqası

XI tur

21 noyabr (bazar)

16:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Tural Qurbanov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Qəbələ şəhər stadionu,